Benilüks azərbaycanlıları Barak Obamaya müraciət etdilər
18 Dekabr 2009 Cümə 05:05
“ABŞ-ın Qarabağ separatçılarına yardımı regionda sülh və təhlükəsizliyə xələl gətirir”
Amerika Birləşmiş Ştatlarının separatçı Dağlıq Qarabağ rejiminə yadım ayırması xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən böyük narazılıq hissi ilə qarşlanıb. Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) Birləşmiş Ştatlarının sepataçı Dağlıq Qarabağ rejiminə yenidən böyük məbləğdə maliyyə yardımı ayırmasına qəti etiraz edir.
Bəyənatda deyilir: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın erməni sparatçılarını dəstəkləməsi yolverilməzdir və bu addım regionda sülh və təhlükəsizliyə xələl gətirir. ABŞ yaxşı bilir ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayonun azərbaycanlı sakinləri Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş, evlərini, əmlaklarını, normal yaşayışlarını itiriçlər. Belə olan halda nəyə görə Amerika münaqişə zamanı heç nəyini itirməyən ermənilərə yardım edir, itki ilə üzləşmiş azərbaycanlılar isə bu yardımdan kənarda qalıçlar? Nəyə görə Amerika bu məsələdə ayrı-seçkilik edir?. Əgər ABŞ-ın məqsədi kömək etməkdirsə, bu zaman hər iki tərəfə yardım ünvanlanmalıdır”.
Bəyanatda daha sonra bildirilir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdğını və ölkəmizin haqq işini dəstəklədiyini, münaqişənin həllində obyektiv olacağını dəfələrlə bəyan edib: “Amma Amerika konqresi tərəfindən Dağlıq Qarabağın seperatçı rejiminə yardım edilməsi bu ümidləri azaldır. Əminik ki, bu yaxınlarda Nobel sülh mükafatı almış ABŞ Prezidenti Barak Obama özünün veto hüququndan istifadə edərək, Cənubi Qafqazda sülh və əmin-amanlıq naminə Konqresin Dağlıq Qarabağ seperatçı rejiminə birbaşa yardım göstərilməsi barədə qərarına veto qoyacaq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: