Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanuna dəyişikliklər edilib.
21 Dekabr 2011 Çərşənbə 18:33
Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Azərbaycan prezidenti İlham Əliyev “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qanunların və Azərbaycan Respublikası Prezidentinin aktlarının, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və prezidentə təqdim etsin.

Bundan başqa, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzərdə saxlamalı və bunun icrası barədə beş ay müddətində prezidentə məlumat verməli və qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar