Belçikanın sabiq baş naziri Uilfrid Martesin kitabı Azərbaycan dilində çap olunub
16 Dekabr 2011 Cümə 14:54
Belçikanın sabiq baş naziri, Avropa Xalqları Partiyasının sədri Avropanın tanınmış siyasi-ictimai xadimi Uilfrid Martesin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəstəyi ilə Azərbaycan dilində çap olunub.
Bu barədə APA-ya BAMF-dən məlumat verilib. BAMF sədri Umud Rəhimoğlunun sözlərinə görə, əvvəlcə holland dilində nəşr edilən kitab sonradan fransız və ingilis dillərinə də tərcümə edilərək işıq üzü görüb. O, 2010-cu ilin mart ayında Azərbaycanda sözügedən kitabın ingilis dili versiyasının geniş təqdimatının olduğunu da deyib: “İlk səhifəsi dua ilə başlayan bu kitab son əlli ildə Avropanın yetirdiyi ən məşhur siyasətçilərdən biri olan, liberal dəyərlərin yorulmaz müdafiəçisi Uilfrid Martensin memuar formasında qələmə aldığı adi bir tərcümeyi-hal deyil. Bu kitabda Avropa və dünya siyasətinin çox maraqlı, dəyərli məqamları müəllifin özünün də iştirakçısı olduğu ictimai-siyasi proseslərə birbaşa təsir edən hadisələr qələmə alınıb. Çox zəngin bioqrafiyaya və böyük təcrübəyə malik olan bu insan düz 12 il Belçikanın baş naziri olub. Əslinə qalsa, cənab Uilfrid Martensin həyatı, sözün həqiqi mənasında, bir örnəkdir”.

Umud Rəhimoğlu yaxın günlərdə müəllifin Azərbaycana gələcəyini və kitabın yüksək səviyyədə təqdimatının planlaşdırıldığını da qeyd edib. Uilfrid Martesin on fəsildən ibarət kitabında ümumilikdə 235 yazı yer alıb, müəllifin müxtəlif görüşlərdən, beynəlxalq toplantılardan çəkilmiş çox maraqlı 46 fotosu da verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar