Belçikada niqab və çadra qadağan edildi
30 Aprel 2010 Cümə 01:50
Bununla da Belçika Avropa Birliyində müsəlmanların hüquqlarını pozan qanunu qəbul edən ilk ölkə oldu.
Belçika parlamenti ictmai yerlərdə niqab və çadranı qadağan edən qanunu təsdiqləyib. Bununla da, Belçika Avropa Birliyində belə bir qanunun qəbul olunduğu ilk ölkə olub.
Səsvermə Belçika parlamentinin aşağı palatasında keçirilib. 134 deputat müsəlman qadınların ənənəvi geyiminin qadağan edilməsi səs verib. Onlar atılan addımı onunla əlasalandırmağa çalışıblar ki, niqablı adamın kim olduğunu müəyyənləşdirmək mümkün deyil. Sənədin əleyhinə səs verən olmayıb. Cəmi iki deputat isə bitərəf qalıb.
Qanuna görə, bundan sonra küçə, park, bağça, idman meydançası, ictimai iaşə və məişət xidmətlərinin göstərildiyi binalarda niqablı çarşabda getmək qadağan edilir. Yalnız müəyyən mərasimlərdə çadraya icazə verilə bilər. Amma bunun üçün bələdiyyə orqanlarının razılığı alınmalıdır.
Qadağanı pozanlar 15 avrodan 25 avroyadək cərimə olunacaq və ya yeddi günədək müddətə azadlıqdan məhrum ediləcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: