Belarusu “Eurovision-2012”-də azərbaycanlı müğənni azərbaycanlı müəlliflərin mahnısı ilə təmsil edə
22 Dekabr 2011 Cümə Axşamı 19:50
Gənc azərbaycanlı müğənni Günəş Abbasova Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı keçirilən Belarus milli seçim turunun final mərhələsinə vəsiqə qazanıb.
APA-nın eurovision.tv-yə istinadən yaydığı xəbərə görə, Belarusun müsabiqə üzrə yayımçı BTRC telekanalı milli seçim turunun final mərhələsində 5 iştirakçının birincilik uğrunda mübarizə aparacağını bəyan edib. Ölkənin “Evrofest” müsabiqəsinin yarımfinal mərhələsində G. Abbasova sözləri Zəhra Bədəlbəyli, musiqisi isə İsa Məlikova məxsus olan “And morning will come” (“Sabah gələcək”) mahnısını ifa edib. Yanvarın 28-də “Belarus-1” və “Belarus-TV” telekanallarının canlı efirində təmsilçinin müəyyənləşməsi üçün keçiriləcək milli seçim turunun final mərhələsində münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə ölkəni təmsil edəcək ifaçı və mahnının adı açıqlanacaq.

Qeyd edək ki, Belarusun “Eurovision” mahnı müsabiqəsində ən uğurlu nəticə 2007-ci ildə Dmitri Koldunun ifasında “Work your magic” mahnısı ilə altıncı yeri tutması olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar