Belarus prezidenti Azərbaycana səfər edəcək
20 Noyabr 2012 Çərşənbə Axşamı 13:52
Aleksandr Lukaşenkonu prezident İlham Əliyev Azərbaycana səfərə dəvət edib.
Belarus prezidenti Aleksandr Lukaşenko gələn il Azərbaycana səfərə gələcək. APA-nın xəbərinə görə, bunu Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç deyib. N. Patskeviç qeyd edib ki, Aleksandr Lukaşenkonu prezident İlham Əliyev Azərbaycana səfərə dəvət edib. Səfir, bu səfərin ikitərəfli münasibətlərin daha da intensivləşməsinə təsir göstərəcəyini deyib.
DOSTLARINLA PAYLAŞ: