Bəhreyn müxalifəti “Qəzəb günü”nə hazırlaşır
25 Mart 2011 Cümə 03:51
Bu gün ölkə ərazisində bir neçə kütləvi aksiyanın keçiriləcəyi gözlənilir
Bəhreyndə elan edilmiş fövqəladə vəziyyətə baxmayaraq, şiə müxalifətinin fəalları bu gün ərəb dünyasında ənənəyə çevrilmiş “Qəzəb günü” çərçivəsində kütləvi aksiyaları bərpa etməyi planlaşdırır. Yerli KİV-in məlumatına görə, şiə çoxluğuna küçələrə çıxmaq barədə müraciət sosial şəbəkə kanalları və internet vasitəsilə edilib. Lakin etiraz aksiyasının təşəbbüskarının kimliyi məlum deyil. Çağırışı ən nüfuzlu şiə siyasi qüvvəsi “Əl Vifaq” və “14 fevral” gənclər hərəkatının dəstəklədiyi az ehtimal olunur.

“Bizim hərəkat bu təşəbbüsün arxasında deyil”, - deyə “Əl Vifaq”ın rəsmi nümayəndəsi İbrahim Mattar bildirib. Bununla belə, o düşünür ki, bu günkü nümayiş kütləvi xarakter daşıyacaq.

İlkin məlumatlara görə, müxalifət bu gün bütün ölkə ərazisində 9 nümayiş keçirəcək. Yürüşlərdən biri paytaxt hava limanına doğru olacaq. Digər qrup isə Salmaniyyə hospitalını azad etmək niyyətindədir. Ötən həftə təzlükəsizlik qüvvələri hospitalı monarxiya rejiminin əleyhdarlarından təmizləyib, hakimiyyət əleyhinə təbliğatda günahlandırılan dörd həkim həbs edilibö

Bu arada isə Bəhreyn hakimiyyəti komendant saatının müddətini azaldıb. Artıq konmedant saat saat 22.00-dan 04.00-adək davam edəcək. Hökumətin yaydığı bəyanatda deyilir ki, bu addım ölkədə vəziyyətin tədricən normallaşmasının əlamətidir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar