Baza prinsipləri üzərində iş payızda davam etdiriləcək
21 İyul 2009 Çərşənbə Axşamı 19:30
Rusiya XİN-in rəsmi nümayəndəsi: "Payızda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü gözləmək olar"

Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsipləri üzərində iş payızda davam etdiriləcək. ANS PRESS-in “Vesti”yə istinadən verdiyi xəbərə görə, bunu çərşənbə axşamı keçirilən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Nesterenko bildirib.

"Moskvada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşdə bəzi baza prinsipləri üzrə müəyyən irəliləyişlər əldə olunub, yeni mövzuların müzakirəsinə başlanıb", - deyə o əlavə edib.

Nesterenkonun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri hazırlıq işlərini davam etdirəcəklər. "Payızda prezidentlərin növbəti görüşünü gözləmək olar", - deyə o vurğulayıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar