Bayram günlərində Bakı Metropolitenində ehtiyat qatarlar işə salınacaq
31 Dekabr 2012 Bazar Ertəsi 13:24
Tətil günlərində metroda təhlükəsizliklə bağlı iş rejimi də gücləndiriləcək.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə Bakıda Saat 23:00-da atəşfəşanlıq olacaq. Bulvar ərazisində tanınmış incəsənət ustalarının iştirakı ilə geniş konsert keçiriləcək. Bayram ərəfəsində Bulvara gələn əhalinin sıxlığını nəzərə alaraq Bakı şəhər Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçib.

Qeyd edək ki, bayram günləri ilə əlaqədar olaraq Bakı Metropoliteni xüsusi iş rejiminə keçdiyini elan edib. Metropolitendən verilən məlumata görə, məqsəd paytaxtda keçiriləcək bayram mərasimlərinə sərnişinlərin rahat gediş-gəlişini təmin etməkdir.

Bu günlərdə Metropoliten ehtiyat qatarlarını işə salacaq. Tətil günlərində metropolitenin iş rejimi depoda “qaynar ehtiyat” adlı ehtiyat nəqliyyat vasitələri ilə tənzimlənəcək. Həmçinin tətil günlərində metroda təhlükəsizliklə bağlı iş rejimi də gücləndiriləcək.

Bundan başqa Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə, Təcili Tibbi Yardım xidmətləri və polis gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar