Batumi enerji sammitində bəyannamə qəbul olunacaq
09 Yanvar 2010 Şənbə 12:25
Bu barədə ANS-ə Gürcüstanın enerji naziri Aleksandr Xetaquri məlumat verib
Gürcütanın Batumi şəhərində yanvarın 14-də keçirilməsi nəzərdə tutulan sammitdə Cənubi Qafqaz dəhlizi haqqında bəyannamə qəbul olunacaq. Həmçinin Brodı-Plotsk kəməri ilə enerjinin daşınması məsələləri də müzakirə olunacaq. Bu barədə ANS TV-yə Gürcüstanın enerji naziri Aleksandr Xetaquri məlumat verib.

Onun sözlərinə görə, yanvarın 14-də Batumidə keçiriləcək enerji sammiti Xəzər dənizinin enerji resurslarının qərb istiqamətində ötürülməsi, Avropa ölkələri və beynəlxalq bazarlara çıxarılması məsələlərinə həsr olunacaq.

Qeyd edək ki, yanvarın 14-də Batumidə beynəlxalq enerji sammiti öz işinə başlayacaq. Sammitdə Azərbaycan, Polşa və Ukrayna prezidentləri ilə yanaşı Latviya, Litva, Estoniya, Bolqarıstan, Rumıniya, Türkmənistan və Qazaxıstan rəsmilərinin iştirak edəcəyi bildirilir. İşçi qrupları isə yanvarın 11-dən 13-dək Tiflisə toplaşacaqlar. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar