Baş prokurorunun seçilməsi qaydaları müzakirəyə çıxarılacaq
17 Sentyabr 2009 Cümə Axşamı 19:05
Söhbət baş prokurorun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsindən gedir
Azərbaycan baş prokurorunun iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı qanun layihəsi yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq. Bu barədə məlumat Milli Məclisdən daxil olub. Məlumata görə, yaxın günlərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Prokurorluq haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sənəd müzakirəyə çıxarılacaq. Komitə üzvlərinə paylanan layihədə “Prokurorluq haqqında” qanunun 16-cı maddəsinin 2-ci hissəsindən “Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikası baş prokuroru, Azərbaycan Respublikası hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz” cümləsi çıxarılması təklif olunur. Qanun layihəsi Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil ediləcək.

Qeyd edək ki, “Prokurorluq haqqında” qanunda Azərbaycanın baş prokurorunun, hərbi prokurorunun və Naxçıvan Muxtar Respublikası prokurorunun seçilməsi ilə bağlı məhdudiyyət var. Belə ki, bu vəzifələrə eyni şəxsin 5 il müddətinə, yalnız iki dəfə seçilməsi mümkündür.

Azərbaycanın hazırkı baş prokuroru Zakir Qaralov bu vəzifəyə 2000-ci il aprelin 25-də təsdiqlənib, onun səlahiyyət müddəti gələn il aprelin 25-də başa çatır.

Hərbi prokuror Xanlar Vəliyev bu vəzifəyə 2005-ci ilin fevralın 10-da təyin edilib.

Naxçıvan Muxtar Respublikasının prokuroru isə Şahverdiyev Səbuhi Zəhmət oğludur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar