Baş Prokurorluq kriminal veriliş və xəbərlərlə bağlı xüsusi komissiya yaradılıb
06 Dekabr 2012 Cümə Axşamı 16:01
Hökumətin bu məsələ ilə bağlı telekanallara tövsiyə xarakterli müraciət edəcəyi bildirilir.
Azərbaycan Baş Prokurorluğunda televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlərlə bağlı xüsusi komissiya yaradılıb.

APA-nın məlumatına görə, komissiya hökumətin göstərişi ilə formalaşdırılıb. Hökumət Baş Prokurorluğa müraciət edərək, televiziya kanallarında yayımlanan kriminal veriliş və xəbərlər zamanı müəyyən qanun pozuntularının (təqsirləndirilən şəxsi günahkar kimi təqdim etmək, onlar haqqında məcburi videoçəkiliş aparmaq, qəza nəticəsində ölən şəxslərin meyitinin açıq şəkildə göstərilməsi və s.) baş verdiyini əsas gətirərək, konkret təkliflər istəyib.

Hökumətin müraciətindən sonra Baş Prokurorluqda xüsusi komissiya yaradılıb, bununla bağlı geniş təkliflər hazırlanıb və hökumətə göndərilib. Hökumətin bu məsələ ilə bağlı telekanallara tövsiyə xarakterli müraciət edəcəyi bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar