Barrozu: "Azərbaycan "Nabucco" layihəsini dəstəkləyir"
14 Yanvar 2011 Cümə 11:30
Avropa Komissiyasının prezidenti bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aydın şəkildə bildirdi ki, Azərbaycan "Nabucco" layihəsini dəstəkləyir". ANS TV-nin məlumatına görə, bunu Bakıda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycanın “Şahdəniz” yatağından çıxarılacaq qazının bu kəmərlə ötürülməsinə gəldikdə isə Joze Manuel Barrozo bildirib ki, bu, kommersiya qərarıdır: ""Nabucco" ilə bağlı qərarı biznes şirkətləri verməlidir. Söz şirkətlərindir. Biz yalnız layihəyə siyasi dəstək verə bilərik”, deyə Avropa Komissiyasının prezidenti qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar