Barak Obama və Dmitri Medvedev Qarabağdan danışıblar
12 İyul 2011 Çərşənbə Axşamı 00:20
Barak Obama və Dmitri Medvedev Qarabağdan danışıblar. Ağ ev Kremlin münaqişənin nizamlanması istiqamətindəki addımlarını yüksək qiymətləndirir.
Rusiya və ABŞ prezidentləri Dmitri Medvedev və Barak Obama arasında telefon söhbəti olub. Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər. ANS PRESS-in Rusiya prezidentinin saytına istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin rəhbələri kimi Barak Obama və Dmitri Medvedev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafıvndakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. ABŞ prezidenti rusiyalı həmkarının bu istiqamətdəki səylərini, xüsusilə, Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünün təşkilini yüksək qiymətləndirib. Həm Rusiya, həm də ABŞ tərəfi Bakı və İrəvan arasında problemin sülh yolu ilə həlli yollarının axtarışlarına yardım məqsədilə gələcəkdə də əlaqələndirilmiş addımların atılmasına əminliyini ifadə edib.
Xatırladaq ki, dünən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtona səfər edib. Səfər çərçivəsində Kremlin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təklifləri də müzakirə ediləcək. Sergey Lavrov Rusiya XİN-in Twitter-dəki səhifəsində yaxıb ki, Moskva Azərbaycan və Ermənistan prezidentlərinin cavabını gözləyir. “Razılığa gəlmək vaxtıdır. Biz onların cavabını gözləyirik”, - nazir bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: