Bakıya daşnaklar gəlmək istəyir
08 Oktyabr 2010 Cümə 23:05
Bakıya daşnaklar gəlmək istəyir. Onlar Sosialist İnternasionalı Komitəsinin toplantısında iştirak etmək niyyətindədir.
Ermənistanın "Daşnaksütun" partiyasının nümayəndələri oktyabrın 11-12-də Bakıda keçiriləcək MDB ölkələri, Qafqaz və Qara dəniz hövzəsi dövlətlərinin Sosialist İnternasionalı Komitəsinin toplantısında iştirak etmək niyyətindədir. Ermənistan kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, partiya nümayəndələrinin iclasda iştirakına hələlik təminat verilməyib. Belə ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (“AZAL”) Tiflis ofisi biletlərin satışı üçün Azərbaycan səfirliyi və Daxili İşlər Nazirliyindən icazə almalıdır. Məsələnin həll olunması ilə isə Sosialist İnternasionalı məşğul olur.

Qeyd edək ki, "Daşnaksütun" partiyasının nümayədə heyətinə partiyanın büro üzvləri, komitə həmsədri Mario Nalbandyan və partiya sədri Kiro Manoyan daxildir. MDB ölkələri, Qafqaz və Qara dəniz hövzəsi dövlətlərinin Sosialist İnternasionalı Komitəsinin iclasında region və Avropa ölkələrinin sosialist və sosial-demokrat partiyalarının nümayəndələri iştirak edəcək.

Toplantının gündəmində əsasən regional münaqişələr, region ölkələrində baş verən proseslər, eləcə də sosial-demokratiyanın inkişaf imkanları olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar