Bakının tanınmış restoranında atəş açan şəxs saxlanılıb
04 Yanvar 2012 Çərşənbə 22:57
40 yaşlı Şahin Hüseynovun barəsində Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib.
Bakının məşhur restoranlarından birində silahlı insidenti törətməkdə şübhəli bilinən 40 yaşlı Hüseynov Şahin Rabil oğlu artıq Nizami Rayon Polis İdarəsi və 25-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun barəsində Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib.

Qeyd edək ki, silahlı insident 2 yanvar 2012-ci il tarixində “Neolit” restoranında keçirilən şou-proqram zamanı baş verib. Sərxoş vəziyyətdə olan Şahin Hüseynov özünə məxsus qoşalülə tüfəngi ilə gecə saatlarında restoranı bayırdan güllə atəşinə tutub. Açılan güllələr nəticəsində içəridə olan qonaqlardan bir nəfər yaralanıb. İlkin istintaq hərəkətləri zamanı Şahin Hüseynovun odlu silaha əl atmasına da aydınlıq gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar