Bakının mərkəzində yeni piyada keçidi istifadəyə verilir .
Hazırda keçiddə son tamamlanma işləri aparılır.
Bakının mərkəzində daha bir piyada keçidi istifadəyə verilir. Milli.az-ın məlumatına görə, Bəhram Gurun heykəlinin yaxınlığında, funikulyorun qarşısında yeni yeraltı piyada keçidi tikilib. Hazırda keçiddə son tamamlanma işləri aparılır, pilləkənlərə daşlar döşənir.
“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov bildirib ki, yeni tikilən keçidin inşasına 2011-ci ilin oktyabrında başlanılıb. Keçidin hər tərəfə iki çıxışı olacaq. Çıxışlardan biri funikulyorun qarşısına, digəri isə tikilməkdə olan Xalça Muzeyi tərəfə olacaq. Keçidin uzunluğu 54, eni 6, hündürlüyü 4,2 metrdir.
ASC rəsmisi qeyd etdi ki, keçidin mart ayında istifadəyə verilməsi nəzərdə tutulub.