Bakının mərkəzində Xocalı soyqırımı səhnələşdirildi
26 Fevral 2012 Bazar 19:29
Gənclər Fəvvarələr Meydanında Xocalıda baş verənləri özündə əks etdirən kiçik səhnəcik nümayiş etdirib.
Xocalı soyqırımının 20-ci ildönümü gənclər tərəfindən fərqli formada yad edilib. Belə ki, “Gənclər və gələcək” İctimai Birliyi paytaxtın Fəvvarələr Meydanında Xocalıda baş verənləri özündə əks etdirən kiçik səhnəcik nümayiş etdirib. 4 dəqiqəyə yaxın davam edən səhnəcikdə 20 il öncə tarixin bu günündə Xocalıda baş verən qətllər zamanı bir ailənin tam məhv edilməsi canlandırılıb.
Nümayişdən sonra gənclər “Xocalıya ədalət” və “Rusiya əlini Cənubi Qafqazın üzərindən çək” şüarlar yazılmış plakatlar tutublar. Bundan başqa gənc velosipedçilər Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş velo yürüşə start veriblər.
DOSTLARINLA PAYLAŞ: