Bakının bəzi qəsəbələrinə su verilişi dayandırılacaq
24 Aprel 2012 Çərşənbə Axşamı 11:08
Buna səbəb Maştağa Su anbarına su nəql edən iki magistral kəmərdən birində aparılan təmir-bərpa işləridir.
Aprelin 24-də Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılacaq. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılacaq, təmirə ehtiyac olan hissələr bərpa ediləcək, nasaz siyirtmələr yeniləri ilə əvəzlənəcək. Bununla əlaqədar aprelin 24-də Mehdiabad, Digah, Pirşağı, Məhəmmədi qəsəbələrinə, Bağlar zonası, Sovxoz adlanan əraziyə, həmçinin Sabunçu rayonunun şərq hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar