"Bakıelektrikşəbəkə" xəbərdarlıq edir!
12 Avqust 2010 Cümə Axşamı 16:00
Ödəniş müddəti keçən və debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı dayandırılacaq.
Ödəniş müddəti keçən, həmçinin “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 17 avqust 2010-cu il tarixi saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq. “Bakıelektrikşəbəkə” ASC abonentlərdən istifadə etdikləri elektrik enerjisinə görə yaranmış borclarını tam şəkildə ödənilməsini xahiş edir. Artıq borclu abonentlərə müvafiq xəbərdarlıq bildirişləri göndərilib.

Cəmiyyətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, son günlər havaların normadan artıq isti keçməsi ilə əlaqədar olaraq abonentlərin soyuducu vasitələrdən fasiləsiz istifadə etməsi şəbəkələrin ifrat yüklənməsinə səbəb olur. Buna baxmayaraq son zamanlar aparılan yenidənqurma işləri abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına şərait yaradır. Ancaq bəzi abonentlərin istifadə etdikləri elektrik enerjisi haqqını vaxtında ödəməməsi şəbəkənin işində müəyyən çətinliklər yaradır.

Belə ki, Bakı şəhərinin bütün əraziləri üzrə yenidənqurma, təmir-bərpa işlərinin sürətlə getdiyi bir vaxtda şəbəkə işçiləri vaxtlarının müəyyən hissəsini elektrik enerjisi borcunu ödəməyən abonentlərin enerji təchizatını dayandırmasına və daha sonra borcu ödənilən abonentin təkrar şəbəkəyə qoşulmasına sərf etmək məcburiyyətində qalır. Elektrik enerjisi istehlakının artmasına baxmayaraq abonentlər tərəfindən ödənişlərin müntəzəm aparılmaması son iki ayda borcların yaranmasına səbəb olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar