Bakıdan növbəti zəvvar qrupu ziyarətə yola düşüb
03 Noyabr 2010 Çərşənbə 09:05
519 zəvvarın olduğu 24 avtobus səhər saatlarında paytaxtı tərk edib.
Bu gün səhər saat 8-də azərbaycanlı zəvvarların 24 avtobusdan ibarət növbəti ikinci karvanı paytaxtın “Azadlıq” meydanından ziyarətə yola düşüb. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın ANS PRESS-ə verdiyi məlumata görə, avtobusla hərəkət edən ikinci zəvvar karvanına 519 nəfər daxil olub.

Qeyd edək ki, avtobusla hərəkət edən birinci zəvvar qrupu dünən Bakını tərk edib. Birinci qrupla 681 nəfər yola düşüb. Həcc ziyarətinə bu il Azərbaycandan ümumilikdə 46 avtobusla 1200 zəvvar Məkkəyə ziyarətə yollanıb.

Bakı-Ciddə reysi ilə hərəkət edəcək növbəti təyyarələr isə bu gün, həmçinin noyabrın 4 və 5-də yola düşəcəklər. Səfər hər gün bir reyslə həyata keçirilir. İlk təyyarə dünən saat 12:20-də uçub.

Qeyd edək ki, bu il Azərbaycana ayrılmış 2 min kvotanın hamısı dolub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar