Bakıdan Amerikaya birbaşa uçuşlar təşkil ediləcək
02 İyun 2011 Cümə Axşamı 22:33
2014-cü ildə ölkəmizə “Boeing 787 Dreem 67” layner təyyarəsi gətiriləcək.
İlk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Sietl şəhərindən 14 saatlıq məsafəni qət edərək Bakıya yeni “Boeing 767” təyyarəsi gətirilib. AZAL ASC vitse-prezidenti Eldar Hacıyevin sözlərinə görə, bununla da şirkətin istismarında olan təyyarələrinin sayı 21-ə çatıb. 200 sərnişin tutan təyyarə Mərkəzi Bankın AZAL-a ayırdığı vəsait hesabına alınıb.

E. Hacıyev deyib ki, hazırda gələn təyyarə Azərbaycan Respublikasının mülkiyyətidir və Azərbaycan Milli Bankından Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə ayrılmış vəsait hesabına alınmış təyyarədir: “Onun qiyməti 100 milyona manata yaxındır. Həmin o vəsaiti AZAL-a kredit kimi verilmişdi və o, krediti də müəyyən zaman ərzində qaytarmalıdır”.

Uzaqməsafəli səfərləri yerinə yetirmək üçün nəzərdə tutulan bu təyyarə ilə Ankara, İstanbul, Moskva, Dubay istiqamətlərində uçuşlar həyata keçiriləcək. Gələcəkdə isə AZAL belə təyyarələrin sayını artırmaq niyyətindədir.

AZAL-ın vitse-prezidenti İlham Əmirov bildirib ki, gələn ilin iyun ayında əlavə “Boeing 767” tipli təyyarə gətiriləcək: “Gələn il iki yük daşıyan təyyarələr gələcək, 2014-cü ilə AZAL-ın “Boeing” şirkəti ilə müqaviləsi əsasında ilk dəfə olaraq MDB dövlətləri arasında Azərbaycana “Boeing 787 Dreem 67” layner təyyarəsi gətiriləcək”.

Bu təyyarələr gətirildikdən sonra AZAL Pekin, Banqkok, Şanxay şəhərlərinə uçuşları planlaşdırır. Amerikaya birbaşa uçuşlar isə 2014-cü ildən “Boeing 787” tipli təyyarə ilə həyata keçiriləcək.

Qeyd edək ki, son 1 ildə səhmdar cəmiyyət ölkəyə 10-a yaxın yeni təyyarə gətirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar