Bakıdakı ikigünlük Beynəlxalq bayram sona çatdı
24 Sentyabr 2011 Şənbə 22:02
Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə keçirilən beynəlxalq tədbir başa çatıb.
Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümünə həsr olunmuş ikigünlük Beynəlxalq bayram tədbiri başa çatıb. Tədbirin ikinci günü də maraqlı çıxışlar və müzakirələrlə yadda qalıb.

Xarici işlər nazirinin müavini Araz Əzimov müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə Azərbaycanın xarici siyasətinin formalaşdırılması, Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətinin ağır nəticələri haqqında danışıb.

“Azərbaycan Respublikasında Konstitusiya aliliyinin təmin edilməsi” mövzusunda məruzə ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatları, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində görülən mühüm işlər haqqında danışıb.

Ədliyyə naziri Fikrət Məmmədov respublikamızda məhkəmə və ədliyyə sistemində həyata keçirilən islahatlar, məhkəmə-hüquq sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən bəhs edib.

AVCİYA-nın prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanov tədbirdə iştirak etdiklərinə görə bütün qonaqlara təşəkkür edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar