Bakıdakı aksiyada saxlanılanlara cəza verildi
27 Yanvar 2013 Bazar 11:10
Onların arasında cərimələnənlər və inzibati həbs cəzası alanlar var
Dünən Bakıda keçirilən razilaşdırılmamış aksiyada saxlanılanlarla bağlı məhkəmə qərarı açıqlanıb. ANS PRESS-in məlumatına görə, Səbail və Nəsimi rayon Məhkəmələrinin qərarı ilə gənc fəal Emin Milli 15, AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı 13, VHP gənclər təşkilatından Türkel Əlisoy 13 sutka həbs cəzasına məhkum ediliblər.

Bundan başqa, Turqut Qəmbər 2500 manat, Gözəl Bayramlı 2000, Kəmalə Bənənyarlı 2000, Elşən Həsənov 600, Elçin Cərullazadə 600, Ziya Bayramov 600, Elnur Carçiyev 600, Yaşar Bayramlı 500, Tofiq Dadaşov 450, Xədicə İsmayıl 400, Səfa Atakişiyev 400, Aygul Pəncəliyeva 400, Nihat Hüseynov 500, Bəxtiyar Hacıyev 600 və Xətai Qafarlı 300 manat manat cərimə olunublar.

Qeyd edək ki, ötən gün bir qrup gənc aksiya keçirməyə cəhd edib. Aksiya Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadığı üçün qarşısı polis tərəfindən alınıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar