Bakıda zorlandığını deyərək özünü yandıran qız öldü
04 Fevral 2014 Çərşənbə Axşamı 09:39
20 yaşlı Məleykə İntizam qızı Bayramlının bu gecə saat 03:00 radələrində qəfildən vəziyyəti daha da pisləşib.
Bir neçə gün öncə Bakının mərkəzində özünü yandıran Lənkəran rayon sakini 20 yaşlı Məleykə İntizam qızı Bayramlı dünyasını dəyişib. 5 saylı Xəstəxananın yanıq şöbəsinin rəhbəri Vüqar Ələkbərovun ANS PRESS-ə verdiyi məlumata görə, qız xəstəxananı reanimaya şöbəsində vəfat edib.
Həkimin sözlərinə görə, həkim nəzarətində olan M.Bayramlının vəziyyəti bu gecə saat 03:00-də qəflətən kəskin pisləşib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
“Müalicəyə baxmayaraq, xəstənin durumundə heç bir irəliləyiş olmamışdı. Güclü yanğın xəsarətləri alan xəstənin bütün imunitent sistemi çökmüşdü. Onun qaraciyəri, böyrəyi və ürəyi fəaliyyətini itirmişdi. Bu gün onu əməliyyat edib, ölü toxumalarını çıxaracaqdıq”, - deyə Vüqar Ələkbərov bildirb.
Qeyd edək ki, Məleykə İntizam qızı Bayramlı yanvarın 30-da Bakının Səbail rayonu ərazisində özünü yandırmışdı. 20 yaşlı qız özünü yandırmamışdan əvvəl zorlandığı üçün bu addımı atdığını demişdi.
DOSTLARINLA PAYLAŞ: