Bakıda Xəzər dənizinin ekoloji təhlükəsizliyinə dair tədbir keçirilib
18 May 2010 Çərşənbə Axşamı 16:45
Bu gün Bakıda Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEİBC) Xəzər dənizinin ekoloji təhlükəsizliyinə dair tədbir keçirib.
“APA-ECONOMICS”in məlumatına görə, tədbirdə çıxış edən ARDNŞ-in vitse-prezidenti Soltan Əliyev Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunması üçün görülən işlər və fəaliyyət planından söz açıb.

Onun sözlərinə görə, Meksika körfəzində baş vermiş hadisədən heç kim sığortalana bilməz: “Ona görə bunun qarşısını almaq üçün indidən tədbirlər görülməlidir və ARDNŞ bu tədbirləri görür”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) idarə rəisi Arif İsgəndərov bildirib ki, FHN dənizin çirklənməsinin qarşısını almaq üçün strateji sənəd hazırlayıb və ekspertlərin müzakirəsinə təqdim edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzərin Ekoloji Monitorinq İdarəsinin rəisi Mirsalam Qəmbərov qeyd edib ki, hazırda Xəzərin Azərbaycan sektorunda 31 obyekt fəaliyyət göstərir: “Dənizin ekoloji vəziyyəti daim nazirliyin diqqət mərkəzindədir”.

ARDNŞ-in qazma idarəsinin rəisi Şaiq Bəkiyev quraşdırılan yüksək texnoloji avadanlıqlar haqda məlumat verib. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar