Bakıda xarici jurnalistləri döyən daha biri həbs edilib
27 İyun 2011 Bazar Ertəsi 12:09
4-cü şəxsin axtarışı davam edir.
Bakıda xarici jurnalistləri döyən şəxslərdən ününcüsü həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu, iyunun 26-da saxlanılan Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal Qurbanovdur. Hazırda polis orqanları digər şəxsin axtarışlarını davam etdirir.

Qeyd edək ki, 2011-ci il iyunun 15-dən 16-na keçən gecə, saat 00:20 radələrində paytaxtın Yasamal rayonu Vidadi küçəsində dörd naməlum şəxs tərəfindən Böyük Britaniya vətəndaşı Silviya Devis və ABŞ vətəndaşı Amanda Eriksona qarşı zor tətbiq edilməklə döyülmələri barədə rayon Polis İdarəsinə məlumat daxil olub.Bununla əlaqədar həmin gün İdarənin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1–ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, hadisəni törədənlərin fotorobotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib.Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədənlərdən ikisi isti izlərlə yaxalanıb. Bakı şəhər sakinləri Adil Tağızadə və Roman Həsənov iyunun 25-də saxlanılıblar.

Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün DİN-in və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir. Bu istiqamətdə görülən işlər Nazirliyin rəhbərliyinin nəzarətindədir.

A. Erikson və S. Devisin Azərbaycandakı fəaliyyəti yerli qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etməkdən, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirməkdən ibarət olub. A. Erikson, həmçinin ABŞ-ın nüfuzlu "Washington Post" və "Nyu-York Times" qəzetləri ilə də əməkdaşlıq edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar