Bakıda və bölgələrdə “İşğalçılara nifrət günü”
08 May 2011 Bazar 15:56
Qarabağ Azadlıq Təşkilatı Şuşanın işğalı günündə aksiyalar keçirib.
Qarabağ Azadlıq Təşkilatı Şuşanın işğalı günündə Bakıda və bölgələrdə “İşğalçılara nifrət günü” adı ilə aksiyalar keçirib. Bakıda yüzlərlə adamın iştirakı ilə Şəhidlər Xiyabanı ziyarət olunub, “Əbədi Məşəl”in yanında işğalçı Ermənistanın bayrağı, qatil və terrorçu Serj Sarkisyan, Robert Koçaryan, Levon Ter-Petrosyan, Bako Saakyanın şəkilləri yandırılıb, “İşğalçılara nifrət!”, “İşğalçılara ölüm!”, “Müharibə tələb edirik!”, “Ya Qarabağ, ya ölüm!” və digər şüarlar səsləndirilib, plakatlar qaldırlıb. Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aksiyada Azərbaycan Vətən Müharibəsi Əlilləri Cəmiyyəti, Şuşa ictimaiyyəti nümayəndələri də iştirak ediblər.
QAT sədri Akif Nağı çıxış edərək bildirib: “Biz torpaqlarımızı yalnız müharibə yolu ilə azad edə bilərik. Müharibədə qalib gəlmək üçün isə vacib şərtlərdən biri düşmənə nifrət hissinin olmasıdır. Biz müharibəyə hazırlaşmalı və düşmənə nifrət hissini gücləndirməliyik”.
Azərbaycan Vətən Müharibəsi Əlliləri Cəmiyyətinin sədri Firudin Məmmədov bütün gəncləri düşmənə qarşı müharibəyə hazır olmağa çağırıb. QAT Gənclər Şurasının üzvləri aksiyadan sonra “Müharibəyə hazırlıq!” devizi altında atıcılıq məşqlərinə başlayıblar.
Qarabağ Azadlıq Təşkilatının yerli şöbələri Ağsu, Cəlilabad, Zaqatala, Bərdə, Xaçmaz və digər bölgələrdə aksiyalar keçirib, işğalçı Ermənistanın bayraqlarını yandırıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: