Bakıda “Sosial nizam və demokratiya” adlı beynəlxalq konfrans keçiriləcək
25 İyun 2010 Cümə 10:50
Bakıda “Sosial nizam və demokratiya” adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda amerikalı alimlərin mühazirələri dinləniləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) 29 iyun tarixində “Sosial nizam və demokratiya” mövzusunda konfrans keçiriləcək. Mərkəzin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, konfransda Vaşinqton Universitetinin Siyasi İqtisad Mərkəzinin direktoru, professor Norman Skofild, Esseks Universitetinin İqtisadiyyat kafedrasının professoru Laurens Ezrou və Vilfrid Laurier Universitetinin Dövlət Qquruculuğu kafedrasının professoru Maria Qalleqo tərəfindən aparılmış tədqiqatların təqdimatı keçiriləcək. Tədbirdə SAM-ın dəvəti ilə Azərbaycanda səfərdə olan və adları yuxarıda çəkilən amerikalı alimlər əsas məruzəçilər qismində çıxış edəcəklər.
Qeyd edək ki, professor Norman Skofild “Siyasi liderlərə siyasi dəstək: ABŞ, Türkiyə və Polşa”, professor Laurens Ezrou “Vətəndaşlar və siyasi partiyalar: Seçki sistemlərinin siyasi təmsilçilikdə əhəmiyyəti”, professor Maria Qalleqo isə “Hollandiya, Kanada və Böyük Britaniyada seçkilərin modelləşdirilməsi” mövzularında təqdimatlar edəcəklər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: