Bakıda silahla insanlara hücum edən şəxs tutuldu
26 Yanvar 2013 Şənbə 13:28
O, vətəndaşları qarət edirmiş
Bakıda silahla insanları qorxudaraq qarət edən şəxsi polis tutub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 18-də pnevmatik tapançadan atəş açaraq Zakir Əliyevə xəsarət yetirib, ondan 243 000 rubl pulunu alıb hadisə yerindən qaçıblar.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmış Anar Əhmədov tutulub. Onun digər bu tipli cinayətlərdə əli olduğu bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar