Bakıda şaxtalı havada təcili yardıma müraciət edənlərin sayı artıb
30 Yanvar 2012 Bazar Ertəsi 11:55
35 nəfər xəsarət alıb,7 nəfər xəstəxanaya yerləşdirilib.
Bakıda qarlı havada təcili tibbi yardıma müraciət edənlərin sayında artım olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, yanvarın 28-də 24 nəfər travma alıb, onlardan 23-nə xəstəxanaya çatdırılaraq yardım göstərilib. Ötən gün isə sürüşmə nəticəsində 11 nəfər xəsarət alıb. 7 nəfər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, yanvarın 28-də təcili tibbi yardıma 1313 çağırış daxil olub. Ötən gün isə müraciətin sayı 1435-ə çatıb. Müraciətlər əsasən sürüşmə nəticəsində sınıq, çıxıq, əzilmədən olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar