Bakıda qatarla avtobusun toqquşması nəticəsində ölənlərin adları açıqlandı.
31 Avqust 2012 Cümə 18:07
6 nəfərin şəxsiyyəti müəyyənləşib.
Bakıda sərnişin qatarı ilə 124 saylı sərnişin avtobusunun toqquşması nəticəsində ölən 6 nəfərin şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev “Trend”ə açıqlamasında bildirib ki, ölənlər Nəcəfquliyev Tahir Nəcəfqulu oğlu (1965), İsgəndərova Mətanət İsmi qızı (1966), Əliyev Azər Tariyel oğlu (1980), Xəlilov Rafayel Əlirəhman oğlu (1978), Şahbazov Nizami Muxtar oğlu (1973) və Əliyeva Yaqut Nəriman qızıdır. (1957-ci il).

Xatırladaq ki, bu gün səhər saat 07:27 radələrində Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07:25-də Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində saat 07:30-da sürətlə hərəkətdə olan zaman keçidi keçməyə cəhd göstərən “DAEWOO” markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 saylı sərnişin avtobusu ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 47 nəfər xəsarət alıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar