Bakıda qanunsuz totalizator oyunları aşkar olunub
04 Noyabr 2012 Bazar 10:46
"Zenit Bet" adlı qanunsuz totalizator oyunları təşkil etməsi müəyyən edilib
Bakı şəhər sakini Rüfət Şərifovun icarəyə götürdüyü çayxanada qanunsuz totalizator oyunları təşkil etməsi müəyyən edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rüfət Şərifovun icarəyə götürdüyü çayxanada "Zenit Bet" adlı qanunsuz totalizator oyunları təşkil etməsi müəyyən edilib.
Qumarxanaya baxış zamanı müştərilər tərəfindən alınmış 560 ədəd kupon qəbzlərinin kötükləri, 1 ədəd kompüter və 256 manat uduşa qoyulmuş pul aşkar edilərək götürülüb.
DOSTLARINLA PAYLAŞ: