Aprelin əvvəllərində Bakıda NATO-nun 60 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Urekinin sözlərinə görə, konfransda iştirak etmək üçün Bakıya Rumıniya və Brüsseldən ekspertlər gələcək. Tədbirdə NATO çərçivəsində əməkdaşlıqla bağlı təcrübə mübadiləsi aparacaqlar. Konfransa qeyri-hökumət təşkilatlarının nümayəndələri qatılacaq.