Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsində iştirak edəcək bütün ölkələrin təmsilçisi müəyyə
14 Mart 2012 Çərşənbə 17:24
Azərbaycanda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak edəcək 42 ölkənin hər biri öz təmsilçisini seçib.
APA-nın məlumatına görə, iştirakçı ölkələr arasında olan San-Marino da bu gün təmsilçisini müəyyənləşdirib. Maraqlıdır ki, ilk dəfə olaraq ölkəni nə italyan, nə də başqa bir ölkənin ifaçısı təmsil etməyəcək. Ölkə adından Bakı səhnəsinə san-marinolu Valentina Monetta çıxacaq. Müğənni öz ölkəsində kifayət qədər populyardır.

San-Marino “Eurovision”da 2 dəfə iştirak edib, lakin heç bir ciddi uğura nail ola bilməyib. Valentinanın mahnısı martın 16-da bəlli olacaq. O, mayın 22-də keçiriləcək I yarımfinalda iştirak edərək finala çıxmaq uğrunda mübarizə aparacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar