Bakıda katoliktlər miladı qeyd ediblər
25 Dekabr 2011 Bazar 15:44
300-dək katolikin Azərbaycan vətəndaşı olduğunu deyən Vladimir Fenete bayram münasibətilə fikirlərini bölüşüb.
Milad bayramı Azərbaycanda da qeyd edilir. Bununla əlaqədar paytaxtakı katolik kilsəsində bayram ayını keçirilib. Katolik kilsəsinin Azərbaycandakı başçısı Vladimir Fenete Azərbaycanda apostol prefekturasının yaradılmasına dair hökümətlə razılıqa gəlməyi katolik kilsənin fəaliyyətinin inkişafına gətirəcəyini söylədi.

Hazırda Azərbaycanda azı 2000-ə qədər katolikin yaşadığını deyən Vladimir ata əksəriyyətin Hindistan, Pakistan və Fillipindən olduğunu deyib. Bunlardan savayı 300-dək katolikin Azərbaycan vətəndaşı olduğunu deyən Vladimir Fenete bayram münasibətilə fikirlərini bölüşüb.

“Mən bu bayram münasibətilə bu gözəl ölkədə yaşayan bütün insanları təbrik edirəm və bizim aramızda yaxşı münasibətlərin olmasını arzulayıram. Həmçinin bir-birimizi bağışlamağı bacaraq. Tanrı və yaşadığımız cəmiyyətin xətrinə hörmət və sevgi şəraitində həyatımızı yaşayaq. Qoy Tanrının köməyilə bu ölkə sevgi və tolerant şəraitində inkişaf eləsin”,- deyə Vladimir Fenete vurğulayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar