Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti keçirilir
16 Oktyabr 2012 Çərşənbə Axşamı 10:51
Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti keçirilir.
APA-nın məlumatına görə, tədbirdə Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Tacikistan prezidentləri, Türkiyənin baş naziri, həmçinin Qırğızıstan, Özbəkistan və Türkmənistanın təmsilçiləri iştirak edirlər.
İclasda nəqliyyat, kənd təsərrüfatı, energetika və ətraf mühitin mühafizəsi sahəsində regional iqtisadi əlaqələrin inkişafı mövzuları, həmçinin quruma üzv ölkələr arasında inteqrasiyanın dərinləşdirilməsi məsələlər müzakirə olunacaq.
Sammitin yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.
DOSTLARINLA PAYLAŞ: