Bakıda insan alverinə qarşı mübarizə metodları müzakirə olunub
05 Avqust 2010 Cümə Axşamı 19:00
Qaradağ rayonunda Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə tədbir keçirilib.
Bu gün Bakının Qaradağ rayonunda Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə "İnsan alverinə qarşı mübarizə" mövzusunda tədbir keçirilib. “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova ANS PRESS-ə açıqlamasında bildirib ki, tədbirdə insan alverilə mübarizə üsulları müzakirə olunub. Tədbirdə Qaradağ rayonu İcra Hakimiyyətinin nümayəndələri, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, QHT və hüquq-mühafizə orqanları təmsilçiləri iştirak edib.
Tədbirdə insan alverinin qurbanlarına yardım, habelə insan alveri ilə məşğul olanlara qarşı birgə mübarizə üsulları müzakirə olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: