Bakıda Fransa səfirliyinin binası qarşısında piket keçirilib
24 Dekabr 2011 Şənbə 21:14
Qarabağ Azadlıq Təşkilatı Fransa bayrağı səfirlik üzərindən endirilənə qədər aksiyaların davam etdiriləcəyini bildiriblər.
Bu gün Qarabağ Azadlıq Təşkilatı Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Təşkilat üzvləri Fransa parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qərarının ləğvini tələb ediblər.

Əllərində Azərbaycan bayraqları olan etirazçılar “Fransa bayrağı endirilməli”, “Biz ölərik, Türklüyümüzü vermərik”, “Fransa və erməni, bunlar Türkün düşməni”, “erməni yalanlarına son qoyun” kimi şüarlar səsləndiriblər.

Onlar Azərbaycan hökumətini Fransa ilə münasibətlərə yenidən baxmağa çağırıblar. Aksiya iştirakçıları Fransa bayrağı səfirlik üzərindən endirilənə qədər aksiyaların davam etdiriləcəyini bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar