Bakıda dünya azərbaycanlılarının III qurultayı keçiriləcək
01 Aprel 2011 Cümə 18:41
Qurultayda başqa millətlərin nümayəndələri, siyasətçilər, alimlər, ziyalılar iştirak edəcək.
Bakıda iyulun 5-də dünya azərbaycanlılarının üçüncü qurultayı keçiriləcək. Diasporlarla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan diaspora nümayəndələri ilə yanaşı qurultayın işində Azərbaycan haqqında həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılmasında kömək edən - başqa millətlərin nümayəndələri - məşhur xarici siyasətçilər, alimlər, ziyalılar da iştirak edəcəklər.

Dünya azərbaycanlılarının II qurultayından keçən dövr ərzində görülmüş işlərin müzakirə olunacağı toplantıda həmçinin müasir dövrdə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, gələcək fəaliyyət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Diasporla Iş üzrə Dövlət Komitəsində Dünya azərbaycanlılarının III qurultayının təşkili ilə bağlı Tədbirlər planı hazırlanıb və İşçi qrup yaradılıb. Hazırda Qurultaya dəvət olunan nümayəndə və qonaqların siyahısı dəqiqləşdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar