Bakıda doqquzmərtəbəli binada yanğın: sakinlər təxliyə edilib
16 İyun 2012 Şənbə 01:09
Binadakı 15 mənzildə yaşayanlar təhlükəsiz əraziyə uzaqlaşdırılıblar
Bakıda yaşayış binasında yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Suraxanı rayonunda yanğın baş verməsi, ərazinin və əhalinin təhlükəsizliyi üçün köməyə ehtiyac olduğu barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğın baş verib. Nazirliyin xilasediciləri binadakı 15 yaşayış evindən 25 nəfərin çıxarılaraq təhlükəsiz əraziyə uzaqlaşdırılmasını, həmçinin hadisə yerinə kənar şəxslərin girişinin məhdudlaşdırılmasını təmin ediblər. Əməliyyat ötən gün 17:34-də başa çatıb.
Qeyd edək ki, rəsmi məlumatda yanğının nə qədər sahəni əhatə etdiyi və neçə mənzilə ziyan dəydiyi barədə heç nə yoxdur.
DOSTLARINLA PAYLAŞ: