Bakıda Azərbaycan və Rusiya din xadimlərinin birgə bəyanat qəbul ediblər
29 Sentyabr 2011 Cümə Axşamı 14:32
“Münaqişəli vəziyyətlər ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır”.
Biz bölgədə separatizm və terrorun yayılma ocağı olan Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdarıq”.

APA-nın xəbərinə görə, bu barədə Bakıda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması” mövzusunda keçirilən konfransın sonunda qəbul edilən birgə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, münaqişəli vəziyyətlər beynəlxalq hüququn müvafiq norma və sənədləri, ümumi qəbul edilmiş ərazi bütövlüyü prinsipi əsasında həll olunmalıdır.

Qeyd edək ki, konfrans Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Moskva Dövlət Linqvistik Universiteti tərəfindən birgə təşkil olunub. Tədbirdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, Rusiya Pravoslav Kilsəsinin şöbə müdiri Vsevolod Çaplin, Azərbaycan və Rusiyadan olan din xadimləri iştirak ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar