Bakıda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
06 Oktyabr 2011 Cümə Axşamı 13:26
Bu Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar.
Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar olaraq sabah səhər saat 11:00-dan Bakıda bəzi küçə və yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Bakı şəhər Dövlət Yol Polisinin İctimaiyyətlə əlaqələr bölməsinin inspektoru Razi Zeynalov bildirib.
Onun sözlərinə görə, səhər saat 11:00-dan tədbir başa çatanadək Beynəlxalq Hava Limanından Aeroport şosesi, Mərdəkan, Buzovna, Zağulba, Böyük Şor şosseləri, Heydər Əliyev prospekti, 10-cu Zavod dairəsi, Yusif Səfərov küçəsi, Neftçilər və Nobel prospektləri, Afiyəddin Cəlilov küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakı Yol Polisi sürücülərdən göstərilən yollar üzrə avtomobillərin parklandırılmamasını, şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadəni və bu istiqamətlərdə nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollarla hərəkət etməyi xahiş edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: