Bakıda ana və körpə qızı itkin düşdü
29 Dekabr 2012 Şənbə 11:23
Ana və qızı evdən çıxıb və geri qayıtmayıb
Ötən gün Bakının Suraxanı rayonunda Əmircan qəsəbəsində 30 yaşlı qadın ilə onun azyaşlı qızı itkin düşüb. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu barədə idarənin 31-ci polis bölməsinə qadının həyat yoldaşı məlumat verib.
Belə ki, Əmircan qəsəbəsi Z.Tağıyev küçəsi 8, mənzil 8 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Rəvanə Mirbala qızı Əliyeva qızı 2010-ci il təvəllüdlü Mələk Sübhan qızı Məmmədovanı da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə qadının həyat yoldaşı Sübhan Məmmədov məlumat verib. Onun polisə verdiyi məlumata görə, qadın axşam saatlarında evdən çıxıb.
Qadının və uşağının xarakterik əlamətləri götürülüb. Hazırda onların tapılması istiqamətində iş aparılır.
DOSTLARINLA PAYLAŞ: