Bakıda 4 yaşlı uşağı gürzə ilanı vurdu
23 İyul 2012 Bazar Ertəsi 14:33
Hadisə Yasamal rayonunda baş verib.
Bakıda 4 yaşlı uşağı gürzə ilanı vurub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova ANS PRESS-ə açıqlamasında bildirib ki, hadisə paytaxtın Yasamal rayonunda Ülvi Əkbərov 9 ünvanında yaşayış evinin həyətində baş verib.
“Yasamal bazarının arxasındakı həyət evlərinin birinin sakini olan Əfsanə Seyidovanı gürzə ilanı sancıb. Bununla bağlı təcili yardıma müraciət daxil olub və azyaşlı xəstəxanaya yerləşdirilib. Ona lazım olan bütün tibbi yardımlar göstərilib”, - deyə Zemfira Vahidova bildirib.
Z.Vahidova onu da qeyd edib ki, bu il Bakının mərkəzində ilan cancması ilə bağlı təcili yardıma müraciət edənlərin sayı 3 nəfərə çatıb.
DOSTLARINLA PAYLAŞ: