Bakı yollarının qardan təmizlənməsinə 150 texnika cəlb olunub
31 Yanvar 2012 Çərşənbə Axşamı 14:30
Lazımi tədbirlər bundan sonra da görüləcək.
Bakının avtomobil yollarının qardan təmizlənməsi davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yanvarın 31-də paytaxt yollarının qardan təmizlənməsinə 150 texnika və 160-a yaxın işçi qüvvəsi cəlb edilib. Hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlamasının qarşısının alınması, həmçinin respublikanın və eləcə də paytaxtın avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranmaması üçün lazımi tədbirlər bundan sonra da görüləcək.

Hazırda ölkədə yolların təmizlənməsi üçün istifadə olunan 700-ə yaxın texnika var. Bakıda isə bu texnikaların sayı 350-dir.

Respublika üzrə 1800 ton duz, 25 min kubmetr qum ehtiyatı, Bakı şəhəri üzrə isə 1000 ton duz və 15 min kubmetrdən artıq qum ehtiyatı yığılıb. Həmçinin kifayət qədər lazımi texnika da hazır vəziyyətə gətirilib.

Eyni zamanda, növbətçilik cədvəli əsasında bölgələr də daxil olmaqla, yolların vəziyyəti barədə məlumatlar mütəmadi olaraq mərkəzi aparata göndərilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar