Bakı və Kiyev meşə yanğınları ilə mübarizədə Rusiyaya kömək edəcək
03 Avqust 2010 Çərşənbə Axşamı 17:10
Bu barədə Rusiya fövqəladə hallar naziri məlumat verib.
Ukrayna və Azərbaycan meşə yanğınları ilə mübarizədə Rusiyaya kömək edəcəklər. Bu barədə Rusiya Federasiyasının fövqəladə hallar naziri Serqey Şoyqu bu gün Rusiya prezidenti Dimitri Medvedevlə görüşündə məlumat verib.
Onun sözlərinə görə, Kiyev və Bakı Rusiya Federasiyasının subyektlərindəki meşə yanğınlarının qarşısının alınması üçün iki helikopter və iki təyyarə təqdim edəcəklər. Bununla da, Rusiya ərazisində baş verən meşə yanğınları ilə mübarizəyə cəlb olunan hava nəqliyyatı vasitələrinin sayı 60-a çatıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: