Bakı-Tiflis-Qars dəmiryolu xətti müzakirə edilib
29 Yanvar 2011 Şənbə 19:35
Layihənin koordinasiya şurası növbəti iclasını keçirib.
Bu gün Tiflisdə Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsinin həyata keçirilməsi ilə bağlı koordinasiya şurasının iclası keçirilib. Təbirdə Gürcüstanın regional inkişaf və infrastruktur naziri, eləcə də nəqliyyat nazirlərinin rəhbərlik etdikləri Azərbaycan və Türkiyədən olan nümayəndə heyətləri də çıxış ediblər.

ANS PRESS-in Gürcüstan kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, iclas zamanı dəmiryolu xətti layihəsi çərçivəsində aparılan işlərin cari vəziyyəti nəzərdən keçirilib. Əsasən, Qars-Ahalkalaki dəmiryolu xətinin reabilitasiya-tikinti işləri, Gürcüstan və Türkiyə sərhədində 4 km uzunluğunda olan tunelin tikintisi, eləcə də sərhədləri keçərkən gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi məsələsi gündəmdə olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar