Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir
01 İyul 2011 Cümə 18:53
Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir. Ramaz Nikolaişvili: "Bizim başqa yolumuz da yoxdur və bu dəmir yolunu tikməliyik".
Bəlli olduğu kimi, bu gün paytaxtda Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi üçün Gürcüstana əlavə maliyyə vəsaitinin ayrılmasına dair Gürcüstan-Azərbaycan arasında kredit sazişi imzalanıb. Bakı-Tiflis-Qars layihəsi üzrə işlərin gedişatı barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili danışıb. Ramaz Nikolaişvilinin sözlərinə görə, bu çox sevindirici haldır ki, biz bu gün çox çətin və böyük işin yekununu qəbul edirik: “Həqiqətən də son illər ərzində həm Azərbaycan, həm də Gürcüstanı, bütün regionu maraqlandıran tikinti ilə bağlı bir çox məsələləri müzakirə etdik. Demək istərdim ki, biz bu dəmir yolunun tikintisini 2012-ci ilin sonlarında müvəfəqiyyətlə başa çatdırandan sonra Asiyadan, Çindən olan yüklərin hamısı bu yolla daşınacaq”.
Nazir deyib ki, tərəflər bütün layihələri və materialları müzakirə edib: “Hesab edirəm ki, bu gün bu sənədləri imzalamaqla biz bu layihəyə demək olar ki, yekun vururuq. Bizim başqa yolumuz da yoxdur və bu dəmir yolunu tikməliyik. Çünki bu hər iki ölkə prezidentlərin qərarıdır”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: