Bakı-Tiflis-Qars dəmir yolu dünyanın 100 layihəsi siyahısına daxil edilib
16 Dekabr 2011 Cümə 14:24
Tikintinin əsas hissəsinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulur.
İnşası davam etdirilən Bakı-Tiflis-Qars dəmir yolu xətti dünyanın 100 layihəsi siyahısına daxil edilib. Bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvili bildirmişdir. O qeyd edib ki, yeni tikilən dəmir yolu magistralının uzunluğu 245 kilometr təşkil edir. Bunun da 175 kilometri Gürcüstan ərazisindən keçir. Tikintinin əsas hissəsinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulur. 2013-cü ildə isə bu yol Avropaya qədər uzanacaq.
Yeni dəmir yolunun tikintisinə 2007-ci ildə başlanılıb. Bakı-Tiflis–Qars dəmir yolu layihəsi Azərbaycan Respublikası Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
DOSTLARINLA PAYLAŞ: